Ukrayna və Almaniya 4 milyard avroluq müdafiə paketi üzrə razılaşıb
Ukrayna və Almaniya 4 milyard avro dəyərində yeni müdafiə paketi üzrə razılığa gəliblər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fedorov məlumat verib.
Razılaşmaya əsasən, Almaniya bir neçə yüz "Patriot" raketi üçün müqaviləni və hava hücumundan müdafiəni gücləndirmək üçün 36 "IRIS-T" buraxılış qurğusunun çatdırılmasını maliyyələşdirəcək.
Bundan əlavə, 300 milyon avro Ukraynanın uzaqmənzilli imkanlarının inkişafına və silah istehsalının artırılmasına ayrılacaq.
Həmçinin 5000 süni intellektlə işləyən dronun birgə istehsalının davam etdiriləcəyi bildirilir.
18:43 14.04.2026
Oxunuş sayı: 59