Xalq artisti - Biz böyük bir sənətkarı itirdik
Biz böyük bir sənətkar itirdik. Azərbaycanın ilk klassik ifaçısıdır.
Bu fikri xalq artisti Maqsud Məmmədovla keçirilən vida mərasimi zamanı xalq artisti Təranə Muradova Crossmedia.az-a açıqlamasında bildirib.
O, Maqsud Məmmədovun adını qızıl hərflərlə yazdığını qeyd edib.
Xatırladaq ki, görkəmli baletmeyster ötən gün 97 yaşında vəfat edib. Vida mərasimindən sonra onun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Elmir Heydərli
12:28 14.04.2026
Oxunuş sayı: 124