Budanov: Bizdən Rusiyaya zərbələri dayandırmağı xahiş edirlər
Ukrayna tərəfdaşlarının xahişlərinə baxmayaraq, Rusiya ərazisinə zərbələri dayandırmayacaq.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının başçısı Kirill Budanov deyib.
Onun sözlərinə görə, bu cür xahişlər ,həqiqətən də, mövcuddur, lakin Ukraynanın öz milli marağı var.
"Bizim öz müharibəmiz var. Onları başa düşmək olar; bu, onların həqiqətidir. Amma bizim həqiqətimiz və milli marağımız da var."
21:12 09.04.2026
Oxunuş sayı: 44