Rusiya Qara dənizdə ticarət gəmilərinə zərbələri davam etdirəcək
Rusiya Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinə dəstək verdiyini iddia etdiyi ticarət gəmilərinə zərbələri davam etdirəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu barədə məlumat verib.
Peskov bildirib ki, çox sayda kommersiya gəmisindən Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün silah-sursat, yanacaq və digər vasitələrin daşınmasında istifadə olunur.
“Bu gəmilər məhv edilir və bundan sonra da məhv ediləcək”, - deyə Kremlin sözçüsü bildirib.
Peskovun açıqlaması Qara dənizdə Ukrayna ilə Rusiya arasında qarşılıqlı zərbələrin artdığı bir vaxtda səslənib.
18:23 10.09.2026
Oxunuş sayı: 41