Azərbaycan Kambocada keçirilən “Beynəlxalq müxtəliflik və mədəniyyət festivalı”nda
Kambocanın Paraqon Beynəlxalq Məktəbində (“Paragon International School of Cambodia”) keçirilən “Beynəlxalq müxtəliflik və mədəniyyət festivalı 2026”da (“International Diversity and Culture Festival 2026”) soydaşlarımız iştirak edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirə ümumilikdə 21 ölkənin təmsilçiləri qatılıb.
Kambocada aktiv diaspor fəaliyyəti ilə tanınan soydaşımız, məktəbin müəllimi İlkin Əliyev və üç azərbaycanlı ailənin festivalda qurduğu Azərbaycan stendində ölkəmizin mədəni irsi, milli atributları nümayiş etdirilib. Həmçinin əcnəbi şagirdlər Azərbaycan rəqslərini və musiqilərini ifa ediblər. Stend və ifalar tamaşaçıların böyük marağı ilə qarşılanıb.
Qeyd edək ki, bu cür beynəlxalq tədbirlər Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması və diaspor fəaliyyətinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
19:00 09.04.2026
Oxunuş sayı: 43