Türkiyə MN: Qəzaya uğrayan C-130-da sistemlər normal idi
Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyəyə məxsus C-130 hərbi-nəqliyyat təyyarəsi ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, hadisə ilə bağlı əldə olunan görüntülərin təhlili ekipajın qəzadan əvvəl normal əlaqə saxladığını göstərir. Araşdırmaya əsasən, təyyarənin bütün sistemləri qəza anına qədər nasazlıq əlaməti göstərməyib və hadisə qəfil baş verib.
Məlumata görə, təyyarənin quyruq hissəsinin ayrılması nəticəsində Uçuş Məlumat Qeydiyyatçısının kabelləri zədələnib. Bu səbəbdən uçuş məlumatlarının yazıcısından qəzanın səbəbini tam müəyyən etmək üçün əlavə informasiya əldə olunmayıb.
Nazirlik həmçinin qeyd edib ki, yoxlamalar zamanı mühərriklərin və pərvanələrin qəza baş verənədək normal işlədiyi müəyyən olunub. “Pərvanələrin ayrılması nəticəsində gövdədə hər hansı zədə əlamətləri aşkar edilməyib”, – deyə açıqlamada bildirilib.
Xatırladaq ki, 2025-ci ilin noyabrında Azərbaycandan Türkiyəyə uçan hərbi təyyarə Gürcüstan ərazisində qəzaya uğrayıb. Hadisə zamanı göyərtədə olan 20 nəfərin hamısı həlak olub.
13:38 09.04.2026
Oxunuş sayı: 56