MDB Baş katibi Ermənistanın çıxışı ilə bağlı açıqlama verdi
MDB Baş katibi Sergey Lebedev “İzvestiya”ya verdiyi açıqlamada bildirib ki, Ermənistanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əməkdaşlığı məhdudlaşdırmaq və ya çıxmaq planı yoxdur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, Yerevan MDB ilə iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. “Onların KTMT ilə hərbi-siyasi sahədə bəzi şübhələri və çətinlikləri var. Əks halda, MDB-yə gəldikdə, heç bir sual yoxdur”, – deyə Lebedev vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Parlamentinin spikeri Alen Simonyan, Moskvanın Ermənistana tədarük edilən qazın qiymətini qaldırması halında, Yerevanın KTMT və Avrasiya İqtisadi Birliyi-dən çıxma prosesinə başlayacağını açıqlamışdı.
10:25 09.04.2026
Oxunuş sayı: 59