İslamabadda ABŞ–İran danışıqları öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib
Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında gözlənilən danışıqlar öncəsi təhlükəsizlik tədbirləri sərtləşdirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, danışıqların keçiriləcəyi binalar kompleksinin yerləşdiyi qırmızı zonaya giriş məhdudlaşdırılıb.
Eyni zamanda, "The Express Tribune" qəzetinin yazdığına əsasən, paytaxtın yerli hakimiyyət orqanları təhlükəsizlik tədbirləri ilə əlaqədar 9 və 10 aprel tarixlərini rəsmi tətil elan edib.
Qeyd edək ki, bu addımlar yüksək səviyyəli görüşlər öncəsi təhlükəsizliyin təmin olunmasına yönəlib.
10:11 09.04.2026
Oxunuş sayı: 49