Tramp: ABŞ qüvvələri İran sərhədlərində qalacaq
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika hərbi qüvvələri və texnikası razılaşmanın bütün şərtləri tam yerinə yetirilənə qədər İran sərhədlərində qalacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp qeyd edib ki, ABŞ-ın gəmiləri, təyyarələri və hərbi personalı əlavə silah-sursatla birlikdə bölgədə mövqelərini qorumaqda davam edəcək.
ABŞ prezidenti həmçinin açıqlayıb ki, Vaşinqton və Tehran İranın nüvə proqramı və Hörmüz boğazının açıq saxlanılması ilə bağlı razılığa gəlib.
Tramp əlavə edib ki, əgər atəşkəs razılaşması yerinə yetirilməzsə, ABŞ qüvvələri İrana qarşı yenidən hava zərbələri endirəcək.
09:34 09.04.2026
Oxunuş sayı: 57