Ukrayna gələn ilə qədər Aİ-yə üzv ola bilər
Avropa İttifaqı(Aİ) üzv ölkələri Ukraynanın 2027-ci ildə birliyə qoşulması ideyasını rədd etməyiblər.
Crossmedia.az xəbər verir ki, bunu Ukraynanın baş nazirinin müavini Taras Kaçka bildirib.
Onun sözlərinə görə, bu tarix hələ rəsmi şəkildə müəyyən edilməyib, lakin üzvlük perspektivi müzakirə mövzusu olaraq qalır.
Kaçka qeyd edib ki, Ukrayna Aİ-yə inteqrasiya istiqamətində islahatları davam etdirir və proses mərhələli şəkildə irəliləyir.
20:52 08.04.2026
Oxunuş sayı: 54