İranın birinci vitse-prezidenti: İran dövrü başladı
Aprelin 8-i ABŞ ilə atəşkəs elan olunandan sonra İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif öz “X” hesabında paylaşım edərək razılaşmanı İranın qələbəsi kimi qiymətləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Arif qeyd edib ki, dünya yeni bir güc mərkəzi ilə qarşılaşıb və “İran dövrü” artıq başlayıb. O paylaşımında bildirib:
"Qələbəyə sabahınız xeyir! Bu gün tarix bir səhifə çevirdi: dünya yeni bir güc mərkəzini qarşıladı və İran dövrü başladı. Ey qəlbləri və gözləri dəyişdirən, ey gecəni və gündüzü idarə edən, ey zamanları və dövlətləri dəyişdirən, dövlətimizi daha yaxşıya doğru dəyişdir!"
Məhəmmədrza Arifin sözlərinə görə, bu mərhələ İran üçün strateji və tarixi əhəmiyyət daşıyır.
18:10 08.04.2026
Oxunuş sayı: 41