Tramp CNN-i SƏRT TƏNQİD ETDİ
ABŞ Prezidenti Donald Tramp İranın “qələbəsi” ilə bağlı yayılan xəbərə görə CNN telekanalını sərt tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp Truth Social hesabında paylaşım edərək bildirib ki, CNN etibarlı mənbə kimi təqdim etdiyi materialda Nigeriyadan olan saxta xəbər saytına istinad edib və bu məlumat “fırıldaq” xarakteri daşıyır.
ABŞ prezidenti vurğulayıb ki, İranın rəsmi mövqeyi və bəyanatı onun öz platformasında yayımlanıb.
Tramp əlavə edib ki, bu cür məlumatların yayılmasında cinayət tərkibi olub-olmadığını müəyyən etmək üçün araşdırmaya başlanılıb.
16:05 08.04.2026
Oxunuş sayı: 516