Trampı şoka salan gizli İran məlumatı ortaya çıxdı
ABŞ Pentaqonunun rəhbəri Pit Heqset prezident Donald Trampa İrana qarşı əməliyyatın gedişi barədə yalan və həddindən artıq nikbin hesabatlar təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
ABŞ administrasiyası bu hesabatların həm prezident, həm də ictimaiyyət üçün yanıltıcı ola biləcəyindən narahatdır.
Bildirilib ki, həmçinin İsrail baş naziri Benyamin Netanyahu Trampa bildirib ki, İranın ballistik raket proqramı qısa zamanda tükənəcək və İran rejimi bir-iki həftəyə çökəcək.
Mütəxəssislər isə bu cür məlumatların strateji qərarların qəbuluna təsir edə biləcəyini vurğulayır.
14:32 08.04.2026
Oxunuş sayı: 49