İran Küveyt və BƏƏ-ni raket təhlükəsi ilə HƏDƏLƏYİR
Küveyt və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) regionda artan gərginlik fonunda təhlükə ilə üzləşdiklərini bildiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb.
Məlumata əsasən, Küveyt son bir neçə saat ərzində İran tərəfindən həyata keçirildiyi iddia olunan intensiv hücum dalğası ilə qarşılaşdığını açıqlayıb. Rəsmi mənbələr vəziyyətin ciddi olduğunu vurğulayıb.
Digər tərəfdən, BƏƏ də raket təhlükəsi ilə üz-üzə qaldığını bəyan edib. Bildirilir ki, ölkənin təhlükəsizlik qurumları mümkün hücum risklərinə qarşı yüksək hazırlıq vəziyyətinə gətirilib.
Hazırda hadisələrin detalları və hücumların miqyası ilə bağlı əlavə məlumatlar gözlənilir. Regionda vəziyyətin daha da gərginləşə biləcəyi istisna olunmur.
14:19 08.04.2026
Oxunuş sayı: 43