İran-ABŞ danışıqları ilə bağlı açıqlama
İran parlamentinin sədr müavini Əli Nikzad açıqlama verərək bildirib ki, ABŞ İslam Respublikasının təqdim etdiyi 10 şərti qəbul etməsə, ölkənin ali lideri Müctəba Xameneyi Vaşinqtonla müqavilə imzalamağa icazə verməyəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nikzad vurğulayıb ki, İran öz prinsiplərinə sadiq qalır və hücum olunan ərazilərdə silahlı qüvvələr sərt reaksiya göstərib: “Bu, bizim hüququmuzdur. ABŞ hərbi bazaları məhv edilməli idi və biz onlardan 17-dən çoxunu məhv etdik”.
Onun sözlərinə görə, ali rəhbərin müqaviləyə razılığı yalnız ABŞ-ın Tehranın şərtlərini qəbul etməsi halında mümkündür.
İranın mövqeyi aydındır: razılaşma yalnız ABŞ Tehran şərtlərinə əməl edərsə imzalanacaq.
14:06 08.04.2026
Oxunuş sayı: 49