Qabi Eşkenazi: Bu müharibənin qalibi İrandır
İsrailin tanınmış hərbi simalarından Qabi Eşkenazi bildirib ki, İran sonuncu gülləni ataraq 41 günlük döyüşdən sonra hələ də müqavimət göstərir və atəş gücünü qoruyub saxlayır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O vurğulayıb ki, bu müharibənin yalnız bir qalibi var, o da İrandır. Eşkenazinin sözlərinə görə, Hörmüz boğazı hazırda Tehran üçün “bankomat”, yəni sonsuz gəlir mənbəyi funksiyasını yerinə yetirir.
Bildirilib ki, bu vəziyyət regionda iqtisadi və strateji balansı İrana xeyirli şəkildə dəyişdirir.
10:12 08.04.2026
Oxunuş sayı: 52