“Odlar Yurdu”nun boksçuları Halledə qalib olub
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Boks İdman Klubu Halledə keçirilən regional çempionatda iştirak edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
15 yaşadək boksçular arasında təşkil olunan yarışda klubun iki idmançısı yüksək peşəkarlıq nümayiş etdirərək turniri qalibiyyətlə başa vurub. Belə ki, 44 kq çəki dərəcəsində Angelo Halili, 70 kq çəki dərəcəsində isə Oliver Marçin rəqiblərini məğlub edərək çempion adına layiq görülüblər.
16:28 03.04.2026
Oxunuş sayı: 36