ABŞ-dən milyonluq mükafat təklifi
ABŞ Dövlət Departamenti İraqdakı diplomatik obyektlərə edilən hücumlarla bağlı məlumat üçün 3 milyon dollara qədər mükafat elan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
"İran tərəfindən dəstəklənən terrorçu proksi qruplar və ya bu hücumlara cavabdeh olan digər şəxslər haqqında məlumatı olanlardan öz məlumatlarını paylaşmaları xahiş olunur. Əgər müvafiq məlumatınız varsa, xahiş edirik bizimlə əlaqə saxlayın", - deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, ABŞ-nin Bağdaddakı səfirliyinə, Ərbildəki konsulluğuna və digər diplomatik obyektlərə əvvəllər də hücum edilib.
Mükafat əvvəlki hücumları araşdırmaq və gələcək hücumların qarşısını almaq məqsədi daşıyır.
22:25 02.04.2026
Oxunuş sayı: 54