Metsamor AES beş aydır istismardan çıxarılıb
Metsamor Atom Elektrik Stansiyası beş aydır ki, istismardan çıxarılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan məlumat verib.
Bu, atom elektrik stansiyasının ömrünün uzadılması proqramı ilə bağlıdır.
"Bütün ehtimallara görə, 2026-cı ilə qədər bizim günəş elektrik stansiyalarımız Metsamor Atom Elektrik Stansiyası qədər enerji istehsal edəcək. Bu rəqəmlər, şübhəsiz ki, müqayisə oluna bilər", - Xudatyan bildirib.
18:43 02.04.2026
Oxunuş sayı: 51