Almatıda diaspor gəncləri arasında idman yarışları keçirilib
Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən "Ata Yurd Nomad" Respublika İctimai Birliyi və “AZ-Birlik” İctimai Birliyi ilə diaspor gəncləri və azyaşlı soydaşlarımız arasında idman yarışları təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Turnirdə milli idman ənənələri nümayiş etdirilib, həmçinin Azərbaycan mətbəxindən bir sıra təamlar qonaqlara təqdim olunub.
"Ata Yurd Nomad" Respublika İctimai Birliyinin rəhbəri Süleyman Əhmədov bu cür tədbirlərin gənclər arasında birlik və həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Sonda qaliblər təşkilat rəhbərləri tərəfindən mükafatlandırılıblar.
22:00 02.04.2026
Oxunuş sayı: 52