Tramp İranda “qızıl uran” əməliyyatını Pentaqona tapşırdı
ABŞ prezidenti Donald Tramp Pentaqona İranda 450 kq zənginləşdirilmiş uranın çıxarılması üzrə əməliyyat planı hazırlamağı tapşırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
Təklif olunan əməliyyat planına İranda mühəndis-texniki avadanlığın yerləşdirilməsi və uranın ABŞ Hərbi Hava Qüvvələri təyyarələri ilə çıxarılması üçün sahə aerodromunun qurulması daxildir.
Əməliyyatın mərhələlərinə aşağıdakılar daxildir:
- 82-ci Hava-Desant Diviziyası və 75-ci "Ranger" alayının endirilməsi ilə təhlükəsiz perimetrin yaradılması;
- Hərbi mühəndislərin yerləşdirilməsi və təyyarə-helikopterlərin qəbuluna baza və aerodromun inşası;
- “Delta Force” və “Navy SEAL” qüvvələri tərəfindən obyektə hücum və ABŞ Energetika Nazirliyi mütəxəssislərinin iştirakı ilə zənginləşdirilmiş uranın çıxarılması;
- Əməliyyatın həftələrlə davam edə biləcəyi və İran ərazisinin dərinliyində təhlükələr altında həyata keçiriləcəyi vurğulanır.
ABŞ Müdafiə Nazirliyinin sabiq rəsmisi və keçmiş xarici kəşfiyyat xidmətinin zabiti Mik Malroy bildirib ki, bu, tarixdə ən mürəkkəb və riskli əməliyyatlardan biri ola bilər. Uğurlu olsa, əməliyyat tarixə düşəcək. Uğursuzluq isə ABŞ üçün ciddi geosiyasi zərbə olacaq.
17:07 02.04.2026
Oxunuş sayı: 1630