ABŞ senatorları Trampın NATO-dan çıxma ehtimalını dəstəkləyir
ABŞ senatorları Rand Paul və Grem Prezident Donald Trampın NATO-dan çıxma imkanını dəstəkləyən açıqlamalar veriblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Senator Rand Paul bildirib ki, Tramp NATO da daxil olmaqla istənilən müqavilədən çıxmaq üçün konstitusiya səlahiyyətinə malikdir və Senatın təsdiqi tələb olunmur. O əlavə edib ki, 2023-cü il Kaine-Rubio müddəası ilə Konqres bu addımı bloklamağa çalışsa da, Konstitusiya icra hakimiyyətini prezidentə həvalə edir.
Senator Grem isə qeyd edib ki, Avropalı müttəfiqlər yollarını azıblar və ABŞ-nin etibarlı tərəfdaşlıqlar qurması vacibdir. O əmin olduğunu bildirib ki, Tramp ölkəni gələcəyə daha güclü bir yola aparacaq.
16:54 02.04.2026
Oxunuş sayı: 2817