Ruhani İran hökumətini islahatlara çağırıb
İranın keçmiş prezidenti Həsən Ruhani ABŞ və İsrail ilə gərginlik fonunda verdiyi açıqlamada ölkənin və xalqın maraqları naminə müharibəni “şərəflə” başa vurmağa hazır olmağın vacibliyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O,Fars körfəzi adalarına qarşı mümkün təcavüzün qarşısının alınmasının və Hörmüz boğazı üzərində nəzarətin qorunmasının vacib olduğunu vurğulayıb.
Ruhani qeyd edib ki, Ali Milli Təhlükəsizlik Şurası müharibənin davam edib-etməməsi ilə bağlı müxtəlif ssenariləri təcili şəkildə hüquqi müstəvidə müzakirə etməli və düşmənin planlarını neytrallaşdırmaq üçün qərar qəbul etməlidir.
Keçmiş prezident həmçinin bildirib ki, İslam Respublikasını qorumaq üçün siyasətdə dərhal fundamental islahatların həyata keçirilməsi zəruridir.
15:55 02.04.2026
Oxunuş sayı: 41