İran ABŞ və İsrailə qarşı mübarizəni dayandırmayacaq
İran Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü İbrahim Zülfüqari bəyan edib ki, Tehran ABŞ və İsrail qarşı döyüşü yalnız tərəflər tam rüsvayçılıq, məğlubiyyət və təslim olana qədər davam etdirəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sözçünün açıqlamasına görə, müharibə prosesində İran heç bir güzəşt etməyəcək və regionda strateji mövqelərini qorumağa davam edəcək. Bu bəyanat ABŞ və İsrail ilə İran arasında gərginliyin daha da dərinləşə biləcəyinə işarə kimi qiymətləndirilir.
15:30 02.04.2026
Oxunuş sayı: 41