ABŞ Yaxın Şərqə yeni elektron müharibə təyyarələri yerləşdirib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı hərbi əməliyyatları dəstəkləmək məqsədilə ABŞ Hərbi Hava Qüvvələrinin yeni EA-37B Compass Call elektron müharibə təyyarələrini regiona göndərdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, EA-37B Compass Call təyyarələri taktiki hava və yerüstü əməliyyatlarda düşmənin rabite sistemlərini, erkən xəbərdarlıq və aşkarlama radarlarını, həmçinin naviqasiya infrastrukturunu sıradan çıxarmaq və maneə törətmək qabiliyyətinə malikdir.
Təyyarələr ağır modernləşdirilmiş Gulfstream G550 biznes təyyarəsi əsasında hazırlanıb və əsas məqsədi döyüş şəraitində elektron müdaxilə vasitəsilə düşmənin koordinasiya və idarəetmə imkanlarını zəiflətməkdir.
Bu addım Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə regionda ABŞ hərbi mövqeyini gücləndirmək məqsədini daşıyır.
13:25 02.04.2026
Oxunuş sayı: 50