Cevdet Yılmaz: Rusiya-Ukrayna müharibəsinin ən qısa müddətdə başa çatmasını arzulayırıq
Türkiyə beşinci ildir davam edən Rusiya–Ukrayna müharibəsinin ən qısa müddətdə başa çatmasını arzulayır.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə Ukraynada beynəlxalq hüquq əsasında ədalətli və davamlı sülhün bərqərar olunması üçün üzərinə düşəni etməyə davam edəcək:
"Hazırda bölgəmizdə müsbət inkişafların baş verdiyini müşahidə edirik".
11:30 02.04.2026
Oxunuş sayı: 51