Neftin bahalaşması Rusiyaya rekord gəlir qazandıra bilər
Neft qiymətlərinin yüksək səviyyədə qalması Rusiyaya əlavə 40 milyard dollara qədər gəlir qazandıra bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşr qeyd edir ki, bu gəlirlər yalnız neft sektoru ilə məhdudlaşmır. Rusiya artıq qaz, taxıl, alüminium və gübrə qiymətlərinin artmasından da faydalanır.
Məlumata əsasən, təchizatın azalması fonunda alüminiumun qiyməti 12%, karbamid isə təxminən 75% artıb.
Bundan əlavə, Asiya və Avropa arasında mayeləşdirilmiş təbii qaz uğrunda rəqabət Rusiyaya əlavə qazanc imkanları yaradır.
"Bloomberg" vurğulayır ki, qlobal alüminium istehsalının 5%-dən çoxunu təmin edən United Co. Rusal International PJSC artıq ABŞ və Avropadan mövcud istehsal gücü ilə bağlı sorğular almağa başlayıb.
22:20 01.04.2026
Oxunuş sayı: 58