Uşaqların sosial media platformalarına çıxışı qadağan ediləcək
Fransada Parlamentin yuxarı palatası olan Senat rəqəmsal platformalarda uşaqların qorunmasına yönəlmiş qanun layihəsini təsdiqləyib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qanun layihəsinə əsasən, 15 yaşdan kiçik şəxslərin müəyyən sosial media platformalarına çıxışı qadağan ediləcək.
Bundan əlavə, uşaqların fiziki, zehni və ya mənəvi inkişafına zərər verdiyi hesab edilən platformalara giriş tamamilə bloklanacaq.
Digər platformalardan istifadə isə yalnız valideynlərin razılığı ilə mümkün olacaq. Bu addımın əsas məqsədi uşaqların onlayn mühitdə təhlükəsizliyini artırmaqdır.
20:24 01.04.2026
Oxunuş sayı: 54