Putin Ukraynada yeni hücum əməliyyatı hazırlayır
Rusiya prezidenti Vladimir Putin Ukraynada yeni hücum kampaniyası hazırlayır və müharibə ən azı 1-2 il davam edə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşrin məlumatına görə, Rusiya ordusu danışıqlarda çıxılmaz vəziyyətlə üzləşdiyi bir vaxtda hücumun yeni mərhələsinə hazırlaşır.
Ukrayna Slavyansk və Kramatorsk üzərində hücumun aprelin əvvəlində başlayacağını gözləyir.
Qəzet hesab edir ki, münaqişə hər iki tərəfin minimal qazanc əldə etməsi ilə daha bir və ya iki il davam edə bilər.
19:30 01.04.2026
Oxunuş sayı: 40