Tramp NATO-dan çıxma ehtimalını gündəmə gətirdi
ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxmasını ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, alyansı “kağız pələng” adlandıraraq, xüsusilə İranla bağlı yaranmış gərginlik fonunda müttəfiqlərin mövqeyindən narazı qaldığını bildirib.
Tramp bu fikirləri “The Telegraph” nəşrinə verdiyi müsahibədə səsləndirib. Onun sözlərinə görə, NATO ABŞ-ni heç vaxt tam inandırmayıb və alyansın real gücü şübhə altındadır. ABŞ prezidentinin fikrincə, bu vəziyyət Rusiyanın lideri Vladimir Putin tərəfindən də yaxşı başa düşülür.
Prezident, həmçinin, müttəfiqlərin İran və Hörmüz boğazı ətrafında baş verən hadisələrdə kifayət qədər dəstək vermədiyini vurğulayıb. O qeyd edib ki, bölgədəki təchizat fasilələri qlobal enerji axınlarına mənfi təsir göstərir.
Tramp əlavə edib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları uzun sürməyəcək. Onun sözlərinə görə, müharibə yaxın həftələrdə başa çata bilər və ABŞ qüvvələri regionu “çox tezliklə” tərk edəcək.
15:27 01.04.2026
Oxunuş sayı: 6389