Rubio: İran Hörmüz boğazında kommersiya nəqliyyatına mane olur
ABŞ dövlət katibi Marko Rubio İranın Hörmüz boğazı ərazisində kommersiya gəmilərinin hərəkətinə mane olduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, Rubio bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. O bildirib ki, Hörmüz boğazı beynəlxalq sulardır və bu ərazidə gəmiçiliyin məhdudlaşdırılması qanunsuz hesab olunur.
ABŞ dövlət katibi vurğulayıb ki, beynəlxalq hüquqdan danışan ölkələr beynəlxalq sularda sərbəst gəmiçilik prinsipinin pozulmasına laqeyd yanaşmamalıdır.
Rubio həmçinin qeyd edib ki, İranın bu istiqamətdə atdığı addımlar qlobal ticarət və enerji daşımaları üçün risk yaradır.
14:40 01.04.2026
Oxunuş sayı: 50