İranın bu ölkədəki səfiri öldürüldü- Təcili
İranın Livandakı səfiri Məhəmməd Rza Rauf Şeybani Beyrutda avtomobil karvanına edilən hücumda öldürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə sosial media kanallarında məlumatlar yayılıb.
İlkin məlumatlara görə, o, Cinnah bölgəsindəki nəqliyyat vasitələrinin karvanına raket hücumundan sonra həlak olub.
Hərbi gəmilərdən edildiyi iddia olunan raktet hücumu nəticəsində İran səfiri ilə birgə 10 nəfərdən çox başqa şəxsin də öldürüldüyü bildirilib.
Məlumat hələlik rəsmi olaraq təsdiq edilməyib.
12:44 01.04.2026
Oxunuş sayı: 1381