Argentina SEPAH-ı terror təşkilatı elan etdi
Argentina hökuməti SEPAH-ı (İslam İnqilabi Keşikçilər Korpusu) rəsmi olaraq terror təşkilatı kimi tanıyıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rəsmi açıqlamaya görə, bu qərar SEPAH-ın 1994-cü ildə Buenos-Ayresdə baş vermiş terror hücumunda ittiham olunan Livan Hizbullaha dəstək verməsi ilə bağlıdır.
Yeni qərar SEPAH-a qarşı maliyyə sanksiyalarının tətbiqinə və korpusun fəaliyyətinə qarşı əlavə əməliyyat məhdudiyyətlərinin həyata keçirilməsinə imkan yaradacaq.
Argentina rəsmiləri bildirirlər ki, SEPAH-ın hazırkı baş komandanı Əhməd Vəhidi AMIA terror aktını planlaşdırmaq və idarə etməkdə ittiham olunan şəxslər siyahısında yer alır.
Qeyd edək ki, sözügedən terror hücumu 1994-cü il iyulun 18-də Buenos-Ayresdə baş verib. Hədəf Asociacion Mutual Israelita Argentina (AMIA) mərkəzinin binası olub. Partlayış nəticəsində 85 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. (Independent Persian)
12:36 01.04.2026
Oxunuş sayı: 47