Əraqçı İsraili əczaçılıq obyektlərini hədəf almaqda ittiham edib
İranın xarici işlər naziri Abbas Əraqçı " X "platformasındakı paylaşımında İsraili “müharibə cinayətləri” törətməkdə ittiham edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İranın xarici işlər naziri bildirib ki, İsrail artıq açıq şəkildə və “həyasızcasına” əczaçılıq şirkətlərini bombalayır və bununla niyyətlərini gizlətmir.
O vurğulayıb ki, İsrailin bu addımları qarşısında bu dəfə “müdafiəsiz dinc Fələstin əhalisi deyil, güclü silahlı qüvvələr dayanır” və əlavə edib ki, İran ordusu təcavüzə sərt cavab verəcək.
11:05 01.04.2026
Oxunuş sayı: 44