Qırğızıstanda beynəlxalq əməkdaşlıq və dostluq əlaqələrinin inkişafına həsr olunan görüş keçirilib
Qırğız cəmiyyətlərinin xarici ölkələrlə dostluq və əməkdaşlıq üzrə İttifaqında Bişkek və Qırğızıstan yepiskopu Savvati ilə görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Görüşdə Qırğız cəmiyyətlərinin xarici ölkələrlə dostluq və əməkdaşlıq üzrə İttifaqının prezidenti, iqtisad elmləri namizədi Arslanbek Maliyev, akademik, Qırğızıstan–Hindistan Dostluq Cəmiyyətinin prezidenti Asılbek Aydaraliyev, tibb elmləri namizədi, “Qırğızıstan-Azərbaycan” Dostluq və Əməkdaşlıq Birliyinin sədri Akif Alaferdov, Qırğız Respublikası–ABŞ Dostluq Cəmiyyətinin prezidenti Taken Axmatbayev, Qırğız Respublikası–Böyük Britaniya Dostluq Cəmiyyətinin prezidenti Kuban Kenjebayev, eləcə də İttifaqın əməkdaşları iştirak ediblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, beynəlxalq humanitar və mədəni əməkdaşlığın inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
Görüş iştirakçıları, həmçinin bir-birlərini Novruz və Ramazan bayramları münasibətilə təbrik edib, bu bayramların mənəvi birlik, qarşılıqlı hörmət və xalqlar arasında dostluq ənənələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Tərəflər gələcəkdə də müxtəlif səviyyələrdə bu kimi görüşlərin keçirilməsinə və birgə layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, Akif Alaferdov 7 yanvar 2026-cı ildə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub.
14:45 31.03.2026
Oxunuş sayı: 42