Şəfiqə Məmmədova: Biz səni gözləyirdik, Rasim...
Mənim üçün çətindir danışmaq. Azərbaycan kinosu dəhşətli itki ilə üzləşdi.
Crossmedia.az xəbər verir ki, bu fikri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı binasında təşkil olunan vida mərasimi zamanı xalq artisti Şəfiqə Məmmədova bildirib.
O, Rasim Balayevə vida mərasimində hətta müraciət edib:
"Biz səni gözləyirdik, Rasim, amma belə yox. Sən şərəfli ömür yaşadın. Azərbaycan kinosuna böyük töhfələr verdin".
Qeyd edək ki, mərhumun nəşi ötən gecə Vətənə gətirilib. Vida mərasimindən sonra Rasim Balayev Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Xalq artisti Rasim Balayev Azərbaycan kino və teatr sənətində yaratdığı unudulmaz obrazlarla yaddaşlarda əbədi yaşayacaq.
Elmir
Elmir Heydərli
13:18 30.03.2026
Oxunuş sayı: 57