Meri Tramp: Donald Tampın xarakterinde narsizim və empatiya çatışmazlığı var
ABŞ Apelyasiya Məhkəməsinin hakimi Meri Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlama ilə ABŞ Prezidenti Donald Trampı sərt tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. O, paylaşımında bildirib: “Donald nəhayət rejim dəyişikliyinə nail olacaq — amma İranda yox, Amerikanın özündə. Krallara yox.”
Qeyd edək ki, Donald Trampın qardaşı Fred Trump Jr.-ın qızı olan Meri Tramp uzun müddətdir əmisi ilə bağlı tənqidi mövqeyi ilə tanınır. Peşəkar olaraq klinik psixoloq olan Meri Tramp, onun xarakterində təhlükəli narsissizm və empatiya çatışmazlığı gördüyünü dəfələrlə vurğulayıb.
2020-ci ildə onun müəllifi olduğu "Too Much and Never Enough" kitabı geniş rezonans doğurub. Kitabda o, Tramp ailəsindəki münasibətləri və daxili konfliktləri təhlil edərək, Donald Trampı “dünyanın ən təhlükəli insanı” kimi xarakterizə edib.
Bundan əlavə, Meri Tramp ailə üzvlərinə qarşı irs məsələləri ilə bağlı bir neçə dəfə məhkəməyə müraciət edib. O, əmisi və digər qohumlarını onu qanuni payından məhrum etməkdə ittiham edib.
Meri Tramp hazırda da media və sosial şəbəkələr vasitəsilə Donald Trampa qarşı tənqidi çıxışlarını davam etdirir.
09:47 30.03.2026
Oxunuş sayı: 58