SEPAH-dan iddia: ABŞ-ın 700 milyonluq "AWACS" təyyarəsi "Şahid-136" ilə vurulub
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus strateji əhəmiyyətli "E-3" (AWACS) erkən xəbərdarlıq və idarəetmə təyyarəsinin vurulduğunu elan edib.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. SEPAH-ın dəniz və aerokosmik qüvvələrinin rəsmi məlumatına görə, təxminən 700 milyon dollar dəyərində olan bu bahalı hərbi texnika "Şahid-136" kamikadze pilotsuz uçuş aparatı tərəfindən hədəf alınıb. İddia olunur ki, ABŞ təyyarəsi hücumdan yayınmağa çalışsa da, zərbənin qarşısını almaq mümkün olmayıb. Məlumatda həmçinin qeyd edilir ki, güclü partlayış nəticəsində təkcə "AWACS" deyil, onun ətrafında müşayiət həyata keçirən digər hava vasitələrinə də ciddi ziyan dəyib. Hazırda ABŞ tərəfi baş verdiyi iddia edilən bu insidentlə bağlı hər hansı rəsmi açıqlama verməyib.
23:39 29.03.2026
Oxunuş sayı: 44