ABŞ-dan kritik addım: Körfəzə 17 min hərbi qulluqçu yerləşdirilir
ABŞ rəhbərliyi Yaxın Şərqdəki gərginliyin yeni mərhələsində İrana qarşı mümkün quru əməliyyatları üçün bölgəyə böyük hərbi qüvvə göndərməyə hazırlaşır. Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Prezident Donald Trampın qərarı ilə mövcud qüvvələrə əlavə olaraq daha 10 min əsgərin göndərilməsi ilə Körfəz bölgəsindəki hərbi qulluqçuların sayının 17 minə çatdırılması planlaşdırılır. Bu hərbi kontingentə dəniz piyadaları ilə yanaşı, 82-ci hava-desant diviziyasının çevik reaksiya qüvvələri və zirehli texnika bölmələri də daxildir. Ekspertlər qeyd edirlər ki, bu say tammiqyaslı işğal üçün kifayət etməsə də, İranın strateji obyektlərini, xüsusilə uran ehtiyatlarını və dəniz sahilindəki mühüm infrastrukturunu nəzarətə götürmək üçün istifadə oluna bilər. Hazırda ABŞ-ın bu addımı Tehrana qarşı həm hərbi təzyiq, həm də danışıqlarda üstünlük əldə etmək rıçağı kimi qiymətləndirilir.
23:30 29.03.2026
Oxunuş sayı: 56