Tramp: İran razılaşma üçün yalvarır
ABŞ Prezidenti Donald Tramp Nazirlər Kabinetinin iclasında çıxışı zamanı ölkəsinin son üç həftə ərzində İrana qarşı misli görünməmiş və təsirli zərbələr endirdiyini bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, ABŞ qüvvələri İranın raket arsenalının təxminən 90%-ni və demək olar ki, bütün buraxılış qurğularını məhv edib. Tramp bu addımların İranın müdafiə imkanlarını ciddi şəkildə zəiflətdiyini iddia edib.
ABŞ prezidenti kampaniyanın gözləniləndən daha sürətlə irəlilədiyini qeyd edərək, əməliyyatların daha 4–6 həftə davam edə biləcəyini bildirib.
“İran razılaşma üçün yalvarır, amma onlar danışıqları necə aparacaqlarını bilmirlər”, – deyə Tramp vurğulayıb.
O əlavə edib ki, ABŞ müdaxiləsi olmasaydı, İran bütün Yaxın Şərqdə təsirini genişləndirməyi planlaşdırırdı.
Trampın sözlərinə görə, hazırda İranın qarşısında seçim var: nüvə ambisiyalarından tam imtina etmək və yeni istiqamətdə irəliləmək.
12:30 27.03.2026
Oxunuş sayı: 2214