İran İspaniyaya Hörmüz boğazından keçməyə icazə verəcək
İran İspaniyanın beynəlxalq hüquqa riayət etdiyini əsas gətirərək bu ölkəyə Hörmüz boğazı üzərindən keçidlə bağlı müraciətlərə baxmağa hazır olduğunu açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, İranın İspaniyadakı səfirliyi “X” sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, İspaniya tərəfindən ediləcək istənilən sorğu nəzərdən keçirilə bilər.
Bildirilib ki, daha əvvəl gəmiçilik təhlükəsizliyini təhdid edən və qlobal enerji bazarlarına təsir göstərən Tehran, düşmən hesab etmədiyi ölkələrin öz razılığı ilə neft tankerlərinin tranzitinə icazə ala biləcəyini vurğulayıb.
11:16 27.03.2026
Oxunuş sayı: 52