Trampın imzası 100 dollarlıq əskinasda görünəcək
ABŞ-də 100 dollarlıq əskinasların dizaynında dəyişiklik planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, yenilənmiş əskinaslarda ABŞ Prezidenti Donald Trampın imzası yer ala bilər.
Məlumata əsasən, bu dəyişiklik ABŞ-nin müstəqilliyinin 250 illiyi ilə eyni dövrə təsadüf edəcək. Yeni dizaynlı əskinasların çapına bu ilin iyun ayından başlanılması nəzərdə tutulur.
10:50 27.03.2026
Oxunuş sayı: 57