İranla bağlı prosseslərin Cənubi Qafqaza necə təsir edəcəyi açıqlanıb
İranda güc dəyişiklikləri baş verir və təhlükəsizlik blokunun rolunun güclənməsi Cənubi Qafqaza ciddi təsir göstərəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə şərqşünas Varuzhan Geqamyan "SputnikArmenia"-ya verdiyi açıqlamada bildirib.
O qeyd edib ki, əgər Tehran mövcud vəziyyətdən mövqeyini əhəmiyyətli dərəcədə zəiflətmədən çıxa bilsə, regionda güc balansı onun xeyrinə dəyişə bilər.
Bu, ilk növbədə sözdə Zəngəzur dəhlizinə təsir göstərə bilər.
Əvvəllər bir çoxları İranın bəyan etdiyi "qırmızı xətlərə" şübhə ilə yanaşsa da, onların sadəcə danışıqlar yanaşması olduğuna inansa da, indi vəziyyət fərqlidir.
Amerika və ya Türkiyənin bölgədə olması İran üçün tamamilə fərqli bir vəziyyət yaradacaq.
23:34 26.03.2026
Oxunuş sayı: 49