Tramp İrana jest edib?
Ağ Ev rəhbəri Donald Trampın İranın ABŞ-ə “hədiyyə” olaraq Hörmüz boğazından 10 neft tankerinin keçməsinə icazə verdiyi ilə bağlı iddiaları mübahisə doğurub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, əvvəlcə səkkiz gəminin keçidinə icazə verilib, daha sonra isə İran üzr istəyərək bu sayını 10-a çatdırıb.
Lakin bildirilib ki, tanker izləmə məlumatları bu iddiaları təsdiqləmir.
Qeyd olunub ki, Trampın bəhs etdiyi səkkiz və ya on neft tankeri Hörmüz boğazı ərazisində qeydə alınmayıb.
Məlumata görə, İranla əlaqəli yalnız iki mayeləşdirilmiş qaz tankeri Fars körfəzini tərk edib, ümumilikdə isə son günlərdə müxtəlif növ dörd gəminin hərəkəti təsdiqlənib.
23:10 26.03.2026
Oxunuş sayı: 45