NATO-nun müdafiə xərcləri artıb
Bütün NATO ölkələri ilk dəfə olaraq Ümumi Daxili Məhsulun (ÜDM) 2 %-lik müdafiə hədəfinə çatıb və xərclər 1,4 trilyon dollara çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Euractiv" məlumat yayıb.
2025-ci ildə alyansın müttəfiqləri müdafiə xərclərini əvvəlki ildəki 1,3 trilyon dollardan 1,4 trilyon dollardan çoxa çatdırıblar.
Avropa və Kanada isə xərcləri real olaraq 20% artırıblar.
Məlumata görə, Avropa və Kanadada rekord xərclər 574 milyard dollar təşkil edib ki, bunun da 34%-i silah alışına xərclənib. Hazırda onlar NATO-nun ümumi xərclərinin təxminən 41%-ni təşkil edir, qalan hissəsi isə ABŞ-dən gəlir.
ÜDM-ə nisbətən ən yüksək rəqəmlər Polşada (4,3%), Litvada (4%), Latviyada (3,74%) və Estoniyada (3,42%) qeydə alınıb. ABŞ-da bu rəqəm 3,19%-dir.
NATO-nun baş katibi Mark Rutte 2025-ci ili "suayrıcı il" adlandırıb və qeyd edib ki, müttəfiqlər 2035-ci ilə qədər ÜDM-in 5%-i kimi yeni bir məqsədə doğru irəliləməli və silah istehsalını artırmalıdırlar.
22:09 26.03.2026
Oxunuş sayı: 52