Tramp ABŞ-nin lazımi həcmdə silah ehtiyatına malik olduğunu açıqlayıb
ABŞ daim silahları, o cümlədən Ukrayna üçün nəzərdə tutulan silahları da ötürür.
Crossmedia.az xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp deyib.
O, bununla da Vaşinqtonun mövcud ehtiyaclardan asılı olaraq silahları müxtəlif bölgələr arasında müntəzəm olaraq yönləndirdiyi barədə mediada yayılan məlumatları təsdiqləyib.
Ukraynadan Yaxın Şərqə sursat və hava hücumundan müdafiə sistemlərinin mümkün köçürülməsi ilə bağlı suala cavab olaraq o deyib:"Biz bunu daim edirik. Bizdə çoxlu sayda sursat var."
Eyni zamanda, Tramp qeyd edib ki, Ukraynaya dəstək davam edir.
22:00 26.03.2026
Oxunuş sayı: 53