Müharibənin İrana niyə sərf elədiyi açıqlanıb
İran Hörmüz boğazı üzərindən əsas neft ixracatçısına çevrilərək gəlirlərini sürətlə artırır.
Crossmedia.az "Bloomberg"-ə istinadən xəbər verir.
Bildirilir ki, gündəlik təxminən 23 milyon barrel həcmində olan neft axınının hazırda 8–10 milyon barreli yalnız İran tərəfindən ixrac olunur.
Müharibə başlayandan sonra qiymətlərin kəskin artımı Tehrana yüz milyonlarla dollar əlavə gəlir qazandırıb.
Qeyd olunur ki, İranın əsas xam nefti, xüsusilə Çin bazarına yönəlir və son dövrlərdə "Brent" markası ilə müqayisədə daha az endirimlə satılır.
Eyni zamanda, beynəlxalq etalon qiymətlərin 100 dolları keçməsi gəlirlərin artmasına əlavə təkan verib.
Məlumata görə, İranın gündəlik ixracı hazırda müharibədən əvvəlki səviyyələrə yaxınlaşaraq təxminən 1,6 milyon barrel təşkil edir. Neft tankerləri əsasən Xarq adası terminalından yüklənərək Hörmüz boğazı vasitəsilə daşınmanı davam etdirir.
İranın günlük gəliri 150 milyon dollara çatıb. İran körfəzi bloklamaqla özü yeganə ixracatçıya çevrilib.
Səriyyə
21:06 26.03.2026
Oxunuş sayı: 245