İran və Türkiyə xarici işlər nazirləri regional gərginliyi müzakirə edib
İran xarici işlər naziri Abbas Əraqçı və türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Əraqçı i Türkiyəyə və digər regional ölkələrə təcavüzün qarşısını almaq istiqamətində göstərilən səylərə görə təşəkkür edib.
O bildirib ki, İran bu müharibənin təhrikçisi deyil və yalnız öz suverenliyini və milli təhlükəsizliyini qoruyur.
Əraqçi həmçinin ABŞ-nin bir tərəfdən danışıqlar təklif etməsi, digər tərəfdən isə bölgəyə qoşun və hərbi texnika göndərməsini ziddiyyətli davranış kimi qiymətləndirib.
Hakan Fidan Türkiyənin münaqişənin sona çatmasına kömək etmək səylərinə sadiq olduğunu bir daha vurğulayaraq, ölkənin sülhə nail olmaq üçün bir sıra regional dövlətlərlə məsləhətləşmələri davam etdirdiyini qeyd edib.
20:50 26.03.2026
Oxunuş sayı: 51