NATO İraqdan öz əsgərlərini geri çəkib
NATO rəhbərliyi İraqdakı missiyasını geri çəkmək qərarına gəldiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat verib.
Bu qərarın bir hissəsi olaraq, Bağdadda yerləşən türk hərbçiləri ölkələrinə geri təxliyə ediliblər. Qərar Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi fonunda verilib.
NATO tərəfindən hazırlanmış geri çəkilmə planının bir hissəsi olaraq, Türkiyə, habelə, İraqdakı NATO müttəfiqlərindən hərbi qulluqçuların geri çəkilməsini dəstəkləyib.
20:42 26.03.2026
Oxunuş sayı: 60