Tramp Venesuela prezidenti ola biləcəyini bildirib
ABŞ prezidenti Donald Tramp növbəti dəfə zarafat xarakterli açıqlaması ilə diqqət çəkib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O bildirib ki, bəlkə də, Venesuelaya gedərək prezidentliyə namizədliyini irəli sürə bilər və əlavə edib ki, orada onu sevirlər.
Trampın bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilər tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb.
20:17 26.03.2026
Oxunuş sayı: 110